...

Çatdırılma

Tamamilə pulsuzdur
...

İdeal Hədiyyə

Buketlər və hədiyyələr
...

+994(12) 538 57 84

Telefonla sifariş verin

Корзинка

Ваша корзина пуста

Total: 0,00 azn

İstifadəçi razılaşması

Oferta Müqaviləsi

Bu internet-mağazası fərdi sahibkar Şükürov Nazim Seyran oğluna məxsusdur və «Bouquet-az.com» internet ünvanında yerləşir (VÖEN: 6401115712). İnternet-mağazanın məhsullarının satışı haqqında ofertası (təklifi).

1. Əsas termin və anlayışlar

Bu təklifdə verilmiş terminlər, kontekstdə nəzərdə tutulan hallar istisna olmaqla, aşağıdakı mənaları ifadə edir və onun ayrılmaz tərkib hissəsidir. İcraçı - cari müqavilə əsasında xidmət göstərən fərdi sahibkardır. Sifarişçi - hazırkı ofertanın şərtləri əsasında aksept etmiş istənilən fiziki şəxs, fərdi sahibkar və ya hüquqi şəxsdir.

İnternet-mağaza — İcraçıya məxsus Bouquet-az.com  internet ünvanında icraçının təqdim etdiyi məhsulların onlayn alış-verişinin aparıldığı rəsmi internet səhifəsidir. Bu müqavilə çərçivəsində, İnternet-mağaza və Mağaza anlayışları, eləcə də Bouquet-az.com internet portalının törəmələri ekvivalentdir və ofertanın konteksti üzrə səhih təfsir olunur.

Məhsul — tərəflərin razılaşma obyekti, rəsmi internet-mağazada təqdim edilmiş çeşid adlarının siyahısıdır.

2. Ümumi müddəalar

2.1. Bu oferta (bundan sonra — Müqavilə) fəaliyyət qabiliyyəti olan və bu ofertada müəyyən edilmiş şərtlər əsasında «Şükürov Nazim Seyran» (bundan sonra — İcraçı) ilə məhsul alqı-satqısı müqaviləsi bağlamaq üçün lazımi səlahiyyəti olan istənilən fiziki şəxs, fərdi sahibkar və hüquqi şəxsin ünvanına İcraçı tərəfindən rəsmi təklifidir və müqavilənin əsas şərtlərini özündə ehtiva edir.

2.2. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunla və bu qanuna uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

3. Müqavilənin predmeti və məhsulun qiyməti

3.1. İcraçı bu müqavilənin şərtləri əsasında məhsulu( və ya məhsulları) təhvil verir, Sifarişçi isə onları təhvil alır və dəyərini ödəyir.

3.2. Sifariş edilmiş məhsul (məhsullar) üzərində mülkiyyət hüququ məhsulun Sifarişçi tərəfindən əyani qəbulu və Sifarişçinin məhsulun (məhsulların) tam ödənişini etdiyi zaman keçir. Məhsulun təsadüfi məhvi, yaxud zədələnməsi riski, məhsulun Sifarişçiyə əyani təhvil verilməsi anından Sifarişçiyə keçir.

3.3. Məhsulun qiymətləri İcraçı tərəfindən birtərəfli qaydada müəyyən edilir və Bouquet-az.com internet-ünvanında yerləşdirilmiş internet-mağazanın səhifələrində göstərilir.

3.4. Məhsulun qiyməti Azərbaycan Respublikasının manatı ilə göstərilir. (Əgər sizin satışlar Rusiyada da həyata keçirilirsə bu maddə dəyişilməli və müvafiq ölkənin valyutasına əsasən göstərilməlidir)

4. Müqavilənin bağlandığı an

4.1. Bu müqavilənin mətni (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq) ümumi ofertanı təşkil edir.

4.2. Bu ofertanın (müqavilənin) aksepti Sifarişçi tərəfindən məhsul sifarişinin cari ofertanın şərtlərinə uyğun olaraq rəsmiləşdirilməsidir.

4.3. Sifarişçi tərəfindən bu ofertanın aksept edilməsi əsasında bağlanan müqavilə ortaqlıq müqaviləsidir ki, Sifarişçi hər hansı istisna və/və ya qeyd-şərt olmadan bu müqaviləyə qoşulur.

4.4. Sifarişçi tərəfindən sifarişin rəsmiləşdirilməsi artıq, bu müqavilənin şərtlərinin Sifarişçi tərəfindən birmənalı qəbul edilməsi faktıdır. İcraçının İnternet-mağazasında məhsul almış (məhsulun sifarişini rəsmiləşdirmiş) Sifarişçi İcraçı ilə hazırki müqavilənin şərtləri əsasında münasibətləri yaranmış şəxs kimi nəzərdən keçirilir.

5. Tərəflərin hüquq və vəzifələri

5.1. İcraçı aşağıdakı öhdəlikləri üzərinə götürür:

5.1.1. Mövcud qanunvericiliyin və bu müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin bağlandığı andan Sifarişçi qarşısında bütün öhdəlikləri tam şəkildə təmin etmək; Fors-major halları meydana çıxdığı təqdirdə, İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirmək hüququnu özündə saxlayır.

5.1.2. Sifarişçinin şəxsi məlumatlarını emal etmək və mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada onların məxfiliyini təmin etmək;

5.1.3. Bu ofertanı aksept etməklə Sifarişçi icazə verir ki, onun şəxsi məlumatlarını, o cümlədən soyadını, adını, ata adını, doğum tarixini, cinsini, biometrik şəxsi məlumatlarını, iş yerini və vəzifəsini, poçt ünvanını; şəxsi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (həmçinin Azərbaycan Respublikasının ərazisində və transərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, fərdi məlumatların məhv edilməsi də daxil olmaqla ev, iş, mobil telefonlarını, elektron poçt ünvanını, həmçinin onların növbəti emal məqsədilə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədqiqatların aparılması, marketinq proqramlarının həyata keçirilməsi, statistik tədqiqatların aparılması üçün şəxsi məlumatların Operatorun kontragentlərinə ötürülməsi (o cümlədən yığılması, sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (həmçinin Azərbaycan Respublikasının ərazisində və transərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhvi), eləcə də müxtəlif rabitə vasitələrinin, o cümlədən poçt göndərişləri, elektron poçt, telefon, faksimile rabitəsi, İnternet şəbəkəsi və s. vasitələrin köməyi ilə Sifarişçi ilə birbaşa əlaqələrin yaradılması yolu ilə bazarda xidmətlərin reklamı üçün emal etməsinə razılığını ifadə edir və icazə verir. Sifarişçi Operatorun və Operatorun kontragentlərinin məlumat bazalarının avtomatlaşdırılmış idarəetmə sisteminin, eləcə də xüsusi olaraq, Operatorun tapşırığına əsasən işlənib hazırlanmış digər proqram vasitələrinin köməyi ilə Sifarişçinın şəxsi məlumatlarını emal etməsinə razılığını ifadə edir və icazə verir. Belə sistemlərlə iş operator tərəfindən təyin edilmiş alqoritm üzrə həyata keçirilir (yığma, sistemləşdirmə, yığılma, saxlama, dəqiqləşdirmə, istifadə, bloklama, məhvetmə). İstifadə edilən emal üsulları (o cümlədən, lakin bununla məhdudlaşmadan): poçt kodlarının kodlar bazası ilə avtomatik tutuşdurulub yoxlanılması, küçələrin /yaşayış məntəqələrinin adlarının yazılışının avtomatik yoxlanılması, Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) və dövlət qeydiyyat nişanlarının etibarlılığının avtomatik yoxlanılması, Sifarişçi ilə telefon, poçt rabitəsi və ya İnternet şəbəkəsi vasitəsilə əlaqə saxlamaqla məlumatların Sifarişçi ilə dəqiqləşdirilməsi, bazaların verilmiş meyarlar üzrə seqmentləşdirilməsi yolu ilə həyata keçirilir. Sifarişçi razılaşır ki, əgər bu ofertada göstərilmiş məqsədlər üçün zəruridirsə, onun Operator tərəfindən alınmış şəxsi məlumatları Operatorun Sifarişçinin şəxsi məlumatlarının emalını tapşıra biləcək üçüncü şəxslərə onlarla bağlanmış müqavilə əsasında verə bilər; bu halda belə üçüncü şəxslər şəxsi məlumatların məxfiliyinin və şəxsi məlumatların emalı zamanı onların təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Sifarişçinin göstərilən məlumatlarını ötürərkən Operator Sifarişçinin şəxsi məlumatlarını alan şəxslərə bu məlumatların məxfiliyi və yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edir və onlardan bu qaydaya riayət etməyi tələb edir. Sifarişçi Operatordan öz şəxsi məlumatları, onların emalı və istifadəsi barədə dolğun məlumat istəməyə, həmçinin Operatorun adına poçt ünvanına müvafiq yazılı sorğu göndərməklə düzgün olmayan və ya natamam şəxsi məlumatların çıxarılmasını və ya təshih/əlavə edilməsini tələb etməyə haqlıdır. Sifarişçi tərəfindən onun şəxsi məlumatlarının emalına verilən razılıq müddətsizdir və Sifarişçi tərəfindən Operatorun poçt ünvanına yazılı sorğu göndərməklə geri götürülə bilər. İcraçı isə qanunvericilik ilə başqa hal nəzərdə tutulmayıbsa, həmin Sifarişçi sorğusunu təmin etməyi öhdəsinə götürür.

5.1.4. İcraçı informasiyaya icazəsiz çıxış və/və ya onun sifarişlərinin icrasına bilavasitə aidiyyəti olmayan şəxslərə ötürülməsi cəhdlərinin qarşısını almaqda və belə faktları vaxtında aşkar etməklə qabağını almaq üçün lazımi səylərin göstərilməsində məsuliyyət daşıyır.

5.1.5. Məhsulların təhvil verilməsini təsdiq edən sənədi və ödəniş təsdiq edən sənədi Sifarişçiyə təqdim etmək;

5.1.6. Məhsulları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikasının və digər qanunvericilik aktlarına əsasən uyğun şəkildə dəyişdirilməsini, geri gaytarılmasını təmin etmək.

5.1.7. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklər daşıyır.

5.2. İcraçı aşağıdakı hüquqlara malikdir:

5.2.1. Bu müqaviləni, məhsulun qiymətlərini və yardımçı xidmətlər üzrə tarifləri, məhsulu Bouquet-az.com internet-ünvanında yerləşən internet-mağazanın səhifələrində yerləşdirərək onların birtərəfli qaydada ödənilməsi, çatdırılması üsullarını və müddətlərini dəyişmək; Bütün dəyişikliklər elan edildikdən dərhal sonra qüvvəyə minir və elan olunduğu andan Sifarişçinin nəzərinə çatdırılmış sayılır.

5.2.2. ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının qanununa uyğun olaraq Sifarişçi ilə telefon danışıqlarının qeydə alınmasını həyata keçirmək;

5.2.3. Sifarişçi ilə razılaşdırmadan, bu Müqavilə üzrə öz hüquq və vəzifələrini üçüncü şəxslərə vermək.

5.2.4. Sifarişçinin sifariş etmiş olduğu məhsulu tədarük etməzdən öncə İcraçı Sifarişçidən sifariş edilmiş məhsulun 100 % ilkin ödənişini tələb etmək hüququna malikdir. Belə ödəniş olmadıqda İcraçı məhsulu Sifarişçiyə tədarük etməkdən imtina edə bilər.

5.2.5. İcraçı anbarda məhsulların qalığına əsasən birtərəfli olaraq Sifarişçinın yerləşdirdiyi sifarişlərdə dəyişikliklər etmək və yaxud imtina etmək hüququna Məhsulikdir. Belə hallar olduğu zaman İcraçı Sifarişçiya telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.

5.2.6. İcraçının təyin etdiyi kampaniyalarda iştirak edən endirimli və hədiyyəli məhsulların sayı məhdud miqdarda ola bilir. Endirimli və hədiyyəli məhsulların sayı məhdud olduqda İcraçı birtərəfli olaraq Sifarişçinın yerləşdirdiyi sifarişlərdə endirimli və hədiyyəli məhsulların sayında dəyişikliklər etmək və yaxud imtina etmək hüququna malikdir. Belə hallar olduğu zaman İcraçı Sifarişçiyə telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.

5.2.7. Satışda olan endirimli və kampaniyada iştirak edən məhsulların sayına İcraçı tərəfindən məhdudiyyətlər tədbiq oluna bilər. Bu limitlər Sifarişçi tərəfindən aşıldıqda İcraçı Sifarişçinin sifarişlərinə dəyişikliklər etmək və yaxud sifarişin tam ləğv etmək hüququnu özündə saxlayır. Belə hallar olduğu zaman İcraçı Sifarişçiyə telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.

5.2.8. Bu Ofertanın 5.3.2.1-ci bəndi Sifarişçi tərəfindən pozulduqda, İcraçı Sifarişçiyə sifarişdən birtərəfli qaydada imtina etməyə haqlıdır.

5.2.9. İcraçı internet-mağazanın Bouquet-az.com saytında yerləşdirilmiş Aksiyaların şərtlərini Sifarişçi ilə razılaşdırmadan birtərəfli qaydada dəyişməyə və belə dəyişiklikləri internet-mağazanın Bouquet-az.com saytında yerləşdirməyə haqlıdır.

5.2.10. Məhsulların geri qaytarılması zamanı müvafiq xərcləri (nəqliyyat və s.) Sifarişçidən tələb edə bilər. Qabaqcadan ödəniş olduğu təqdirdə isə, müvafiq faktiki xərclərin (nəqliyyat və s.) həmin ödənilmiş məbləğdən akspetsiz qaydada Sifarişçidən tutulmasını həyata keçirə bilər.

5.2.11. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdir.

5.3. Sifarişçi aşağıdakıları öhdəsinə götürür:

5.3.1. Müqaviləni bağlamadan öncə müqavilənin məzmunu və şərtləri, İcraçı tərəfindən internet-mağazada təklif edilən məhsulun qiymətləri ilə tanış olmaq;

5.3.2. İcraçının Sifarişçi qarşısındakı öhdəliklərinin icrası naminə Sifarişçi özünəməxsus və onu müəyyənləşdirən, haqqını ödəmiş və ya yerindəcə ödəyəcəyi olduğu məhsulun ona çatdırılması üçün kifayət edən bütün zəruri məlumatları bildirməlidir.

5.3.2.1. Sifariş edilmiş məhsulun dəyərini (və çatdırılma haqqını) bu müqavilənin şərtləri əsasında ödəmək.

5.3.2.2. “İcraçı”dan bilavasitə təhvil alınarkən həyata keçirilməli olan məhsulun dəyəri nəğd olaraq “İcraçı”ya tam şəkildə ödənilir.

5.3.2.3. Əgər Sifarişçi sifarişin rəsmiləşdirilməsi zamanı sifarişin nağdsız ödəmə üsulunu göstərirsə (bank kartı, yaxud elektron ödəmələr sistemi ilə), o zaman Sifarişçi rəsmiləşdirmə anında öz sifarişini ödəməyə borcludur.

5.3.2.4. “Sifarişçi” məhsulun dəyərinin ödənilməsini özündə müvafiq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və ya ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. “Sifarişçi” məhsulların dəyərini nəğdsiz qaydada ödədiyi halda, köçürmə sənədlərində məhsulların ona təqdim olunmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir.

5.3.2.5. Müqavilənin 5.2.10.-cu bəndində qeyd olunan tələbi icra etmək;

5.3.2.6. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəlikləri daşıyır.

5.4. Sifarişçinin hüquqları:

5.4.1. Məhsulların lazımi keyfiyyətdə olmasını tələb etmək;

5.4.2. Məhsulların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək;

5.4.3. Məhsulların təhvil verilməsini, məhsulların nağd şəkildə ödənildiyi təqdirdə ödəniş qəbzini və həmçinin müvafiq sənədləri İcraçıdan tələb etmək;

5.4.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikasının və digər qanunvericilik aktlarına əsasən uyğun şəkildə dəyişdirilməsini, geri gaytarılmasını tələb etmək.

5.4.5. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdir.

6. Ofertanın geri götürülməsi

6.1. Ofertanın (Müqavilənin) geri götürülməsi İcraçı tərəfindən istənilən vaxt həyata keçirilə bilər, lakin bu İcraçının artıq bağlanmış müqavilələr üzrə öhdəliklərindən imtinası üçün əsas deyil. İcraçı, Ofertanın hüquqi qüvvəsinin geri götürülməsi (müvəqqəti dayandırılması) faktının baş verməsinə ən azı 2 saat (az. dilində 12 saat yazılmışdı rus dilində 2 saat) qalmış öz internet-mağazasında ofertanın geri götürüləcəyi barədə geri götürmənin dəqiq vaxtını göstərməklə bildiriş yerləşdirməyi öhdəsinə götürür.

7. Müqavilənin bağlanmasına dair tələblər

7.1. Sifarişçi (alıcı) sifariş verməzdən əvvəl İcraçı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

7.1.1. təchizatçının adı, ünvanı;

7.1.2. Məhsulların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;

7.1.3. vergilər nəzərə alınmaqla məhsulların (xidmətlərin, işlərin) qiymətləri;

7.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

7.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;

7.1.6. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

7.1.7. ehtiyac olarsa, məhsulların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

7.1.8. müqavilənin bağlanma üsulu və mərhələləri;

7.1.9. İcraçı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

7.1.10. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.

7.2. Sifariş verilərkən İcraçı (təchizatçı) Sifarişçiyə sifarişi aldığını dərhal bildirməlidir. Sifarişçi (alıcı) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

7.3. Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.

7.4. Təsdiqlənmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:

7.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;

7.4.2. Sifarişçinin şikayət edə biləcəyi ünvan;

8. Fors-major

8.1. Əgər Tərəflərdən hər hansı biri bu Müqavilənin imzalanmasından sonra baş vermiş qarşısıalınmaz qüvvənin yaratdığı hallar, yəni fors-major halların yaranma səbəbindən müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirməyibsə, həmin tərəf belə öhdəliklərin yerinə yetirmədiyinə görə məsuliyyətdən azad olunur. «Fors-major» dedikdə elə fövqəladə hadisələr və ya hallar nəzərdə tutulur ki, müvafiq Tərəf onu qabaqcadan görə və ya əlçatan vasitələrlə qarşısını ala bilməyib. Belə fövqəladə hadisələr və ya hallara həmçinin daxildir: tətillər, daşqınlar, yanğınlar, zəlzələlər və başqa təbii fəlakətlər, müharibələr, hərbi əməliyyatlar, eləcə də Tərəflərin iradəsi xaricində olan istənilən digər şərait. Mövcud qanunvericiliyə və ya normativ aktlara edilmiş və Tərəflərin istənilən birinə birbaşa və ya dolayı təsir göstərən dəyişikliklər fors-major hadisələr kimi nəzərdə tutulmur, lakin əgər belə dəyişikliklər Tərəflərin istənilən birinə bu Müqavilə üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirməyə imkan vermirsə, Tərəflər hazırkı Müqavilə üzrə öhdəliklərin icrasının davam etdirilməsini təmin etmək məqsədilə bu problemin aradan qaldırılması üzrə iş qaydası xüsusunda dərhal qərar qəbul etməyə borcludur.

9. Tərəflərin məsuliyyəti

9.1. Tərəflər bu Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi şəkildə icra olunmamasına görə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

9.2. İnternet-mağazada yerləşdirilmiş bütün mətnli məlumatların və qrafik təsvirlərin qanuni hüquqi sahibi olduğundan, göstərilən informasiyanın və təsvirlərin qanunsuz istifadəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq təqib edilir.

9.3. Məhsul və çatdırılma xərcləri Sifarişçi tərəfindən ödənilməlidir.

9.4. Tərəflər təqdim etdikləri məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət daşıyırlar.

10. Digər şərtlər

10.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini icra etməmələri və ya lazımi şəkildə yerinə yetirilməməsi ilə bağlı bütün mübahisələri danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar.

10.2. Danışıqların gedişində razılığa gəlmək mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunacaqdır.

10.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ aktları ilə tənzimlənir.

10.4. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və Tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.

10.5. Sifarişçi çatdırılmadan ən azı 24 saat öncə ünvan dəyişikliyi barədə İcraçını yazılı xəbərdar etməlidir. “Sifarişçi” bu müqavilədə ünvanı barədə göstərdiyi məlumatların doğruluğunu təsdiq etməklə “İcraçı” tərəfindən həmin ünvana göndərilən, çatdırlan məhsul, həmçinin bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana çatmış hesab olunacaq və “Sifarişçi” onları almaması halına istinad edə bilməz.

10.6. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda İcraçı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.

10.7. Bu Müqavilənin hər hansı müddəası hər hansı məhkəmə, hökumət orqanı, nazirlik, idarə və ya arbitraj məhkəməsi tərəfindən, hər hansı səbəbdən, etibarsız və ya tətbiqi mümkün olmayan hesab olunarsa, Müqavilənin bütün qalan müddəaları qüvvəsini saxlayır və etibarlı olur.

Some text some message..